Xəbər lenti

Azərbaycanın ÇL-dəki təmsilçisi Özbəkistan millisinin üzvü ilə anlaşdı
İdman08:10 01.08.2023

Azərbaycanın ÇL-dəki təmsilçisi Özbəkistan millisinin üzvü ilə anlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkəmizi Çempionlar Liqasında təmsil edən futzal üzrə son Azərbaycan çempionu "Araz-Naxçıvan” heyətini gücləndirib.
 
Qaynarinfo Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, klub Özbəkistan millisinin üzvü ilə anlaşıb. 25 yaşlı Husniddin Nişonovun ampluası hücumçudur. Ölkəsində BMB-nin formasını geyinmiş futzalçı icarə əsasında komandaya UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları zaman kömək edəcək. O, yeni komandasına avqutsun 5-də qoşulacaq.
"Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.
 
Səbuhi Həsənov