Xəbər lenti

Azərbaycanın çoxmilyardlıq layihəsi amerikalılara verildi
Ekonomiks13:00 26.03.2015

Azərbaycanın çoxmilyardlıq layihəsi amerikalılara verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) özünün Neft və Qaz Emalı və Neft Kimyası Kompleksi layihəsinin idarəetmə kontraktını ABŞ-ın Fluor Limited şirkətinə təqdim edib. Bu, tenderin nəticələrinə görə baş tutub.
Fluor məbləgi açıqlanmayan kontraktın icrasına 2015-ci ildə başlayacaq. "Turan" bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Layihə meneceri olaraq Fluor SOCAR-a sözügedən layihə çərçivəsində qaz emali zavodunun və neft-kimya zavodlarının mühəndis işləri, təchizatı, inşaatı işə salınması işlərini həyata keçirən podratçıların müəyyənləşdirilməsində yardım edəcək.
Fluor şirkətinin Avropa, Afrika və Yaxın Şərqdə Enerji və Kimya məsələləri üzrə prezidenti Tako de Haan öz şirkətinin SOCAR tərəfindən bu kimi dünyamiqyaslı layihə rəhbəri kimi seçilməsindən qürur keçirdiyini bildirib.
“Fluor hasilat layihələrinin həyata keçirilməsində öz bacarığını nümayiş etdirib və şirkət təhlükəsizlik, keyfiyyət və qiymət səmərəsi baxımından işin öhtəsindən uğurla gələcək”, - o qeyd edib.
Layihənin icrası Fluor-un İngiltərənin Farnboroda yerləşən ofisi tərəfində həyata keçiriləcək. Sözügedən ofis çoxsaylı enerji, kimya, hökumət, sənaye, infrastruktur, mədən və elektrik enerjisi sahələrində xidmətlər göstərir.
Qaynar.info