Xəbər lenti

Azərbaycanın cüdo hakimi Avropa çempionatında iştirak etdi
İdman 20:17 20.11.2023

Azərbaycanın cüdo hakimi Avropa çempionatında iştirak etdi

Azərbaycanın cüdo hakimi Arzu Acalova Almaniyanın Potsdam şəhərində keçirilən 23 yaşa qədər idmançıların Avropa çempionatında iştirak edib.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü qitə birinciliyində 2 medal görüşünü idarə edib.

Belə ki, "A” kateqoriyalı beynəlxalq dərəcəli hakim fərdi yarışlarda oğlanlar arasında +100 kiloqramda və qızlar arasında 57 kiloqramda bürünc medal uğrunda mübarizədə ədaləti qoruyub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->