Xəbər lenti

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb
Ekonomiks05:21 20.08.2019

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 435,5 milyon manat, xərcləri isə 13 102,7 milyon manat təşkil edib.
Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,5% və 12,5% çoxdur.
Son nəticədə büdcədə 667,2 milyon manatlıq kəsir yaranıb. Bu, yanvar-iyun aylarının yekunu ilə müqayisədə 121,7 milyon manat çoxdur.