
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri cəbhə xətti boyunca uçuşlar həyata keçirir.
Qaynar.info-nun Kanal S-ə istinadla verdiyi xəbərə görə, bu gün saat 10 radələrindən etibarən hərbi aviasiyamız Tərtər, Goranboy istiqamətində uçuşlar həyata keçirməyə başlayıb.
Bir neçə ekipajdan ibarət döyüş helikopterlərinin qrup halında müşahidə xarakterli manevrləri hazırda da davam edir.
Xatırladaq ki, iyulun 7-dən Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrinin cəbhə bölgəsində irimiqyaslı təlimləri keçirilir.
Təlimlərə 10000 nəfərdən artıq şəxsi heyət, 300-dən çox zirehli texnika, raket-artilleriya qoşunlarının 100-dən çox qurğusu, 20-dək aviasiya və 15-dən çox hava hücumundan müdafiə sistemləri cəlb olunub.
Qaynar.info