Xəbər lenti

“Azərbaycanın ehtiyacdan 5 dəfə artıq su resursu var” - Vahid Məhərrəmli
Ekonomiks 21:52 30.10.2023

“Azərbaycanın ehtiyacdan 5 dəfə artıq su resursu var” - Vahid Məhərrəmli

"Sudan səmərəli istifadə olunsa, Azərbaycanın su ehtiyatları kifayət qədər çoxdur".

Bu sözləri Valyuta.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhhərəmov hidroloqların Azərbaycanda su ehtiyatlarının azalması ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Vahid Məhərrəmov bildirib ki, suyun çoxluğu problemi həll etmir, əsas odur sudan səmərəli istifadə edilsin:

"Azərbaycanı arid ölkələr qrupuna aid edirlər. Elə ölkələr var ki, sudan düzgün istifadə etməklə cəhənnəmdə cənnət qurublar. Əvvəllər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (indi Dövlət Su Ehtiyatları Agentliyi) adlandırılan qurum 10 il bundan əvvəl deyirdi ki, ölkədə 32 milyard kubmetr su ehtiyatı var, indi isə deyirlər ki, 25 milyard kubmetr su ehtiyatı var”. 

Ekspert deyir ki, bizdə su itkiyə çox gedir:

"Hökumətin bir neçə müddət əvvəl açıqladığı məlumata görə, mənbədən götürülən 8 milyard kubmet suyun 6 milyard kubmetri istifadə olunub, 2 milyard kubmetr itkiyə gedib. Hətta sovet dövründə olduğu kimi sudan istifadə etsək belə cəmi 3 milyard kubmetr suvarma suyuna ehtiyacımız var. Ümumilikdə isə ehtiyacımız 5 milyard kubmetr həm içməli və suvarma suyudur".

Vahid Məhərrəmov bildirib ki, bu gün Azərbaycanda dəniz suyunun şirinləşdirilərək istifadəsinə ehtiyac yoxdur:

"Çünki bizim ehtiyacdan 5 dəfə artıq su resursumuz var. Hökumət sudan səmərəli istifadəni təşkil etməsə, indikindən 5 dəfə çox, yəni 25 milyard yox, 125 milyard kubmetr su ehtiyatımız olsa da, biz yenə o suyu idarə edə bilməyəcəyik. Bizdə sudan səmərəli istifadə olunmur. Bir çox ölkələrdə yağış suaları ehtiyat məqsədi ilə yığılır. İsrail 1.1 kubmetr suyla özünün ərzaq məhsullarına olan ehtiyaclarının 95 faizini ödəyir. Biz isə bu qədər su ilə ərzaq ehtiyacımızın 50 faizin ödəyirik. Onların istifadə etdiyi əkin sahəsi bizim əkin sahələrindən beş dəfə azdır. Hətta dəniz suyunu da təmizləyib istifadə edirlər".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->