Xəbər lenti

Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları (TAM SİYAHI)
Ekonomiks 17:47 24.07.2026

Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları (TAM SİYAHI)

Azərbaycanda adambaşına düşən pərakəndə ticarət dövriyyəsi üzrə rayon və şəhərlərin reytinqi məlum olub. Rəsmi statistika göstərir ki, paytaxt bu göstəricidə digər bölgələri böyük fərqlə geridə qoyur. Siyahıda iri şəhərlərlə yanaşı, ticarətin daha aktiv olduğu bir sıra rayonlar da ön sıralarda qərarlaşıb.

Qaynarinfo xəbər verir ki, Modern.az Dövlət Statistika Komitəsinin "Azərbaycanda ticarət – 2026" statistik məcmuəsinin məlumatlarını təhlil edib.

Statistikaya görə, burada söhbət qiymətlərin bahalığından deyil, əhalinin bir nəfərinə düşən pərakəndə ticarət dövriyyəsindən gedir. Bu göstərici bir nəfərin il ərzində mağaza, market və digər pərakəndə ticarət obyektlərində orta hesabla nə qədər alış-veriş etdiyini göstərir və istehlak səviyyəsinin əsas göstəricilərindən hesab olunur.

Ən çox alış-veriş bu rayon və şəhərlərdə edilir

2025-ci ilin nəticələrinə əsasən, Bakı şəhəri adambaşına düşən pərakəndə ticarət dövriyyəsinə görə ölkə üzrə birinci yerdədir. Paytaxtda hər bir sakinə orta hesabla 17 min 547,9 manatlıq pərakəndə ticarət dövriyyəsi düşür.

Bakıdan sonra Mingəçevir (5 613,8 manat) ikinci, Sumqayıt (5 165,4 manat) üçüncü yerdə qərarlaşıb.

İlk onluğu daha sonra Şirvan (5 067,1 manat), Gəncə (4 997,9 manat), Bərdə (4 825,2 manat), Quba (4 457,4 manat), Hacıqabul (4 374,8 manat), Ağdaş (4 374,1 manat) və Şəki (4 340,0 manat) tamamlayır.

İlk onluğa yaxın rayonlar
Reytinqdə növbəti yerlərdə Xaçmaz (4 327,5 manat), Yevlax (4 289,6 manat), Göyçay (4 114,6 manat) və Tovuz (4 036,8 manat) qərarlaşıb.

Sonrakı yerləri Neftçala (3 874,5 manat), Biləsuvar (3 835,6 manat), Kürdəmir (3 800,9 manat), Göygöl (3 760,6 manat), Lənkəran (3 758,9 manat), Abşeron rayonu (3 755,6 manat), Goranboy (3 665,9 manat), İsmayıllı (3 651,4 manat), Şəmkir (3 601,9 manat) və Naftalan (3 393,4 manat) tutur.

Orta göstəriciyə malik rayonlar

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkənin bir çox rayonunda adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 2,8-3,4 min manat arasında dəyişir.

Bu qrupa Balakən (3 338,0 manat), Cəlilabad (3 290,9 manat), Ucar (3 215,7 manat), Saatlı (3 110,7 manat), Ağcabədi (3 101,3 manat), Salyan (3 061,1 manat), İmişli (3 008,7 manat), Masallı (2 997,9 manat), Qax (2 960,3 manat), Ağstafa (2 948,3 manat), Tərtər (2 944,2 manat), Qusar (2 884,3 manat), Sabirabad (2 881,9 manat), Ağsu (2 878,3 manat), Beyləqan (2 831,3 manat), Qəbələ (2 779,8 manat), Oğuz (2 733,3 manat), Siyəzən (2 727,3 manat), Gədəbəy (2 709,9 manat) və Daşkəsən (2 666,1 manat) daxildir.

Ən aşağı göstəricilər

Reytinqin sonlarında isə Astara (2 496,0 manat), Qobustan (2 143,6 manat), Şabran (2 108,2 manat), Samux (2 071,1 manat), Xızı (1 808,3 manat), Zərdab (1 807,0 manat), Lerik (1 572,0 manat), Yardımlı (1 248,1 manat), Füzuli (814,5 manat) və Ağdam (723,9 manat) yer alır.

P.S: Qarabağ bölgəsində yerləşən Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Şuşa, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilan üzrə göstəricilər statistik məcmuədə təqdim edilməyib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->