Xəbər lenti

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi
Ölkə 12:44 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini vəfat edib.

APA-nın verdiyi xəbərə görə, 1890-cı il təvəllüdlü Lənkəran sakini Tamam Əli qızı Əzizova bu gün Lənkəran rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib.

Azərbaycanın ən yaşlı sakini olan 136 yaşlı Tamam Əzizova xəstəxananın reanimasiya şöbəsində müalicə olunurmuş.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->