Xəbər lenti

Azərbaycanın FIFA referisi Almaniyaya gedir
İdman15:35 25.07.2022

Azərbaycanın FIFA referisi Almaniyaya gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-nın yay kurslarına qatılacaq.
"Report” xəbər verir ki, iyulun 27-də Almaniyanın Frankfurt şəhərində start götürəcək kurslarda Ağayevin yer aldığı I kateqoriyadan cəmi 36 hakim iştirak edəcək.
Avropa futbol qurumu avrokuboklara görə kurslara az sayda referi dəvət edib.
Qeyd edək ki, yay kursları iyulun 29-dək davam edəcək.