Xəbər lenti

Azərbaycanın futbol millisi 2016-cı ili bu pillədə tamamladı
İdman09:40 22.12.2016

Azərbaycanın futbol millisi 2016-cı ili bu pillədə tamamladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

FİFA dünya yığmalarının 2016-cı ildə son reytinq siyahısını açıqlayıb. 

Qaynarinfo.Az xəbər verir ki, Azərbaycan millisinin ötən ayla müqayisədə mövqeyində dəyişiklik baş verməyib. 

Hazırda aktivində 386 xalı olan Robert Prosineçkinin baş məşqçi olduğu komanda 90-cı pillədə qərarlaşıb. 

Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərinə gəldikdə, Almaniya 1433 xalla 3-cü, Şimali İrlandiya 767 xalla 32-ci, Çexiya 671 xalla 43-cü, San Marino 17 xalla 202-ci pillədə qalıb. 422 xalla 1 pillə irəliləyən Norveç isə 83-cüdür.

Qeyd edək ki, siyahının ilk 28 pilləsində dəyişiklik baş verməyib. Türkiyə 851 xalla 24-cü pillədə qalıbsa, Argentina 1634 xalla 1-ci, Braziliya 1544 xalla 2-ci pillədə möhkəmlənib.

Qaynarinfo.Az