Xəbər lenti

Azərbaycanın gənc cüdoçusu dünya çempionu oldu
İdman16:33 05.10.2023

Azərbaycanın gənc cüdoçusu dünya çempionu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatında qızıl medal qazanıb.
Qaynarinfo xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda ABŞ təmsilçisi Cek Yonezukaya qalib gəlib.
Bu gün tatamiyə çıxan Süleyman Əliyev (73) və Fidan Əlizadə (57 kq) əvvəlki raundlarda uduzublar.
Qeyd edək ki, daha əvvəl Nizami İmranov (60 kq) gümüş medal əldə edib.