"Azərbaycanın
özünün bombardımançı təyyarələri var”.
BunuQaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin
Türkiyənin F-16 təyyarələri ilə bağlı fikrini şərh edərkən deyib. Onun fikrincə,
Azərbaycanın hələ F-16 qırıcı təyyarələrinə ehtiyacı yoxdur:
"Döyüş
əməliyyatlarını həm MİQ-29 qırıcı, həm də Su-34 bombardımançı təyyarələri yerinə
yetirir”.
Politoloq
qeyd edib ki, F-16 iki ölkə arasında bağlanmış müqaviləyə görə Bakıdadır:
"Prezident
bildirdi ki, bir müddət öncə Türkiyə-Azərbaycan birgə təlim keçib və bu səbəbdən
də F-16-lar Bakıdadırlar. Həmin vaxtdan təyyarələr burada qalıb. Ölkələr
arasında müqaviləyə görə, F-16 döyüş əməliyatlarına qatılmır, vaxtı çatanda
Türkiyəyə dönəcəklər. Burada qeyri-adi heç nə yoxdur”.
Qeyd
edək ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib. Prezident
müraciətində F-16-ların yerdə olduğunu, ölkəmizə qarşı kənardan aqressiya
olarsa, onların hərəkətə keçə biləcəyini qeyd edib.
Bahar
Rüstəmli
Şərhlər