Xəbər lenti

Azərbaycanın hərbi təyyarəsi Xəzər dənizində qəzaya uğradı, pilotun axtarışı aparılır
Ölkə06:20 25.07.2019

Azərbaycanın hərbi təyyarəsi Xəzər dənizində qəzaya uğradı, pilotun axtarışı aparılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.