Xəbər lenti

Azərbaycanın iki futbol komandası üst-üstə nə qədər pul qazandı?
İdman17:15 28.08.2015

Azərbaycanın iki futbol komandası üst-üstə nə qədər pul qazandı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın iki futbol komandası UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəyə görə üst-üstə 5 milyon 660 min avro qazanıb. Avropa Liqasında qrupa çıxan “Qarabağ” və “Qəbələ”nin hər birinə 2 milyon 400 min avro veriləcək. “Qəbələ” dörd təsnifat mərhələsinin hamısında iştirak etdiyi üçün daha 860 min avroya sahib çıxır. Xəbəri Azerisport.com yayıb.
“Qarabağ” qrup mərhələsində “Tottenhem” (İngiltərə), “Anderlext” (Belçika), “Monako” (Fransa) komandaları, “Qəbələ”isə “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan), “Krasnodar” (Rusiya) komandaları ilə mübarizə aparacaq.
Qrup mərhələsində qələbəyə 360 min avro, heç-heçəyə 120 min avro verilir. Mərhələnin qalibi 500 min avro, qrupda ikinci yeri tutan komanda 250 min avro qazanc götürəcək.
Qaynar.info