Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
Qaynarinfo xəbər verir ki, 60 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada israilli Melkamu Fetene ilə üz-üzə gəlib.
Rəqibini 5:3 hesabı ilə məğlub edən Əliyev qitə çempionu olub.
Yunan-Roma güləşçisi Qurban Qurbanov da ı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
72 kq-da çıxış edən Qurban Qurbanov finalda ukraynalı İrfan Mirzoyevə 8:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
67 kq-da yer alan Həsən Məmmədli isə 3-cü yer uğrunda qarşılaşmada bolqarıstanlı İvo İliyevə 8:10 hesabı ilə uduzaraq medalsız qalıb.