Xəbər lenti

İdman 13:32 06.11.2022

Azərbaycanın iki taekvondoçusu Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə taekvondo üzrə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb.

Bu barədə məlumat Qaynarinfo-ya Azərbaycan Taekvando Federasiyasından bildirilib.

Baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında Buxarestə yollanan hər iki taekvondoçumuz vətənə qızıl medalla qayıdacaq. Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərini məğlub edərək çempion tituluna yiyələniblər.

Qeyd edək ki, Nazim Məmmədov Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşı Samir Məmmədovun oğludur.

İdmançılarımız 7 Noyabr Bakı vaxtı ilə saat 06:00-da vətənə dönəcəklər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->