Xəbər lenti

Azərbaycanın ikiqat dünya çempionu ən yaxşı model seçildi
İdman12:12 21.12.2019

Azərbaycanın ikiqat dünya çempionu ən yaxşı model seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan idmançısı Milad Beiqi Harçeqani kişi taekvondoçular arasında ən yaxşı model seçilib. 
Qaynarinfo-nun APA-ya istinadən saytının məlumatına görə, ikiqat dünya çempionu Çinin Uşi şəhərində keçirilmiş "Böyük dəbilqə” turnirindən sonra bu nominasiyanın qalibi adına layiq görülüb. 
Olimpiya mükafatçımız mövsümün yekunu ilə bağlı baş tutan Qala gecədə mükafatlandırılıb. 
Qeyd edək ki, Harçeqani (80 kq) "Böyük dəbilqə”də dördüncü yeri tutub. Yarışdakı digər təmsilçimiz Radik İsayev (+80 kq) ikinci dövrədə uduzub.