Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli vəfat edib.
Ölkə.Az xəbər verir ki, o, gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Əliyar Səfərli 1994-1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.
Əliyar Səfərli Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru idi.
Qaynarinfo.Az