Xəbər lenti

Azərbaycanın karate komandası dünya çempionatına qələbə ilə başladı
İdman15:42 18.11.2021

Azərbaycanın karate komandası dünya çempionatına qələbə ilə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında kata və kumite yarışlarına start verilib.
Qaynarinfo xəbər verir ki, fərdi proqramda çıxış edən Roman Heydərov final mərhələsinə yüksələ bilməyib.
Kumite üzrə komanda çıxışlarında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət Azərbaycan yığması ilk görüşündə Xorvatiyadan güclü olub. Komanda ikinci raundda Hindistanla qarşılaşacaq. Qadınlardan ibarət kollektiv sə startda İtaliyaya 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, bunadək Azərbaycan karateçilərindən İrina Zaretska (68 kq) finala, Asiman Qurbanlı (+84 kq) bürünc medal görüşünə vəsiqə qazanıb.