
Azərbaycanın ölümə aparan yolları
"Adi bir səhv hamımızı məhv edə bilərdi". Bu sözləri Qaynarinfo.az-ın elektorun poçtuna Elçin Yaradanquliyev adlı şikayətçi yazır.
Şikayətçi bildirir ki, bu yaxılarda dostları ilə Şəki şəhərinə gedirmiş. Amma bu səfər onlara az qala həyatları bahasına başa gələcəkmiş.
Onun sözlərinə görə, Şəkidən qayıdarkən gecə dumana düşüblər: "Yol boyu görüntünün azalması azmış kimi, hələ təhükəli olan aşrımlarda yolların kənarına heç bir təhlükəsizlik çəpərləri yoxdur. Halbuki kiçik bir səhv aşrımlardan aşağı maşının düşməsi deməkdir. Heç bir təhlükə olmayan yollarda həm sağ, həm də sol tərəfdən lazımsız formada bu dəmir çəpərlərdən istifadə ediliyi zamanda təhülkəli yollarda niyə istifadə edilmir?"
Şikayətçi həmçinin bildirir ki, yol boyu nişanların və xətlərin olmaması da əlavə problemdir.
Məsələ ilə bağlı Qaynarinfo.az-a danışan "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, o istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tövsiyə olunmur: "Hazırda ora sürüşmə zonasıdır. Yük maşınlarının o yolla getməsi qadağandır. Yüngül minik vasitələrinin orda maksimum ehtiyatla hərəkət etməsi tövsiyə olunur.
Bu yol yenidən qurulmalıdır. Muğanlı-Yevlax avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Ağsu aşrımı da yenidən qurulmalı idi. Sadəcə orda sürüşmə zonalarında aktivliyin müşahidə olunması, həmin yolu layihədən çıxardı. Bu yolun layihəsi ayrıca olaraq işlənilir. İqtisadi əsaslandırılması hazırlanır".
Anar Nəcəfli bildirdi ki, yaxın perspektivdə tam yeni yol infrastrukturu yaradılacaq: "Təhlükəsizlik çəpərləri, sürüşmənin qarşısını almaq üçün xüsusi kanstruksiyalar inşa olunacaq. Bununla da tam problem aradan qaldırılmış olacaq".
Redaksiyadan: Ümumi nəticədən belə anlaşılır ki, bu yoldan istifadə etmək həyatınız üçün təhlükəlidir. Amma istifadə etməli oldunuzsa və qəza baş verdisə, həmişəki kimi rəsmi qurumlar yaxalarını kənara çəkəcəklər. Bir sözlə rəsmi qurumlar ayılıb, yolu yenidən qurana qədər ölmək istəmirsinizsə, çalışın bu yoldan istifadə etməyin...
Qaynarinfo.az