Xəbər lenti

Azərbaycanın Makedoniya ilə yoldaşlıq oyunu rəsmiləşdi
İdman13:21 11.04.2016

Azərbaycanın Makedoniya ilə yoldaşlıq oyunu rəsmiləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan milli komandasının mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. 

Qaynar.info AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəqib Makedoniya yığması olacaq. Oyun mayın 29-da keçiriləcək. 

Qeyd edək ki, Azərbaycan millisi Avstriyadakı hazırlıq prosesi çərçivəsində daha bir yoldaşlıq görüşünü iyunun 3-də Kanada yığması ilə də keçirəcək. 

Qaynar.info