Xəbər lenti

Azərbaycanın məşhur memarı vəfat etdi
Ölkə14:03 12.08.2016

Azərbaycanın məşhur memarı vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün memar Məmmədov Fazil Qulam oğlu dünyasını dəyişib. 
Qaynarinfo.Az xəbər verir ki, memarın uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilib. 
Xatırladaq ki, Fazil Məmmədov 06 aprel 1949-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Uzun illər müxtəlif yerlərdə rəhbər vəzifələrdə çalışmış F.Məmmədov bir neçə il Mədəniyyət və Turizm Nazirliyində Mədəni İrs şöbəsində çalışmışdır. Fazil Məmmədov Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi Nazirliyin sabiq əməkdaşı Məmmədov Fazil Qulam oğlunun vaxtsız vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Qaynarinfo.Az