Xəbər lenti

Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiyaya birbaşa ixrac olunacaq
Ekonomiks18:42 09.09.2016

Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiyaya birbaşa ixrac olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəvəti ilə Bakıya gələn Rusiyanın böyük marketlər şəbəkəsinə malik olan “X5 Retail Group” şirkətinin rəhbər heyəti sentyabrın 8-də 10-dan çox yerli şirkət təmsilçiləri və sahibkarlarla görüşüb.

Bu barədə AZPROMO-dan Oxu.Az-a bildirilib. 

Görüşdə “Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”na üzv olan şirkətlərlə qarşılıqlı faydalı fəaliyyət istiqamətləri müzakirə olunub, meyvə-tərəvəz məhsullarının “X5 Retail Group”la əməkdaşlıq çərçivəsində Rusiya bazarına birbaşa ixrac olunması qərara alınıb.

Qaynarinfo.Az