
Azərbaycanın Olimpiadada qızıl medal qazanmaq şansları bir qədər də çoxalıb.
Qaynarinfo.Az xəbər verir ki, dünən Beynəlxalq Olimpiya Komitəsinin 129-cu sessiyasının plenar iclası keçirilib. İclasda karatenin Olimpiadaya salınmasına dair qərar verilib.
Lakin karate idman növündə mübarizələr sabah başlayacaq Braziliya Olimpiadasında yox, ondan sonrakında olacaq. Karate ilk dəfə bu idmanın vətəni Yaponiyadakı 2020-ci il Tokio Olimpiadasında keçiriləcək.
Qeyd edək ki, karate Bakıda keçirilən Avropa Oyunlarında ilk dəfə yarış proqramına daxil edilib. Millimiz həmin yarışda 4 qızıl və 2 gümüş əldə etməklə qalib olub. Yığmamızın üzvlərindən Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), İrina Zaretska (68 kq) və Ayxan Mamayev (84 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Niyazi Əliyevlə (67 kq) İlahə Qasımova (55 kq) isə bürünc medal qazanıblar.
Qaynarinfo.Az