İdman 11:40 28.07.2022

Azərbaycanın reytinq xalı artdı, amma irəliləmədi

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Qaynarinfo xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə İsveçrə təmsilçisi "Sürix"lə əlavə vaxtda 2:2 hesablı səfər heç-heçəsi sayəsində mümkün olub. Bu nəticədən sonra 4 klubla təmsil olunan ölkəmizin aktivinə daha 0,125 xal yazılıb. Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0,625-ə, son 5 mövsümdə isə 13,250-yə çatdırmasına rəğmən, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 14,750 xalla Polşa qərarlaşıb.

Digər təmsilçilərimiz "Neftçi", "Zirə" və "Qəbələ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki cavab görüşlərini bu gün keçirəcəklər.

Səbuhi Həsənov