"Gələn il yanvarın 1-dən etibarən Azərbaycanın daha 15 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib”.
Qaynarinfo xəbər verir ki, bu barədə "Rosselxoznadzor”un məlumatında bildirilib.
Qeyd edilib ki, danışıqların nəticələrinə əsasən, təqdim olunmuş məlumatlara uyğun olaraq və Azərbaycan Respublikasının səlahiyyətli qurumunun zəmanəti ilə "Rosselxoznadzor” 2021-ci il yanvarın 1-dən etibarən 15 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilməsini mümkün sayıb. (unikal.org)