Xəbər lenti

Azərbaycanın Su-25 təyyarəsi vurulub? (RƏSMİ)
Ölkə07:20 14.10.2020

Azərbaycanın Su-25 təyyarəsi vurulub? (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni tərəfinin iddiasına münasibət bildirib.
Qaynarinfo-nun xəbərinə görə, MN Mətbuat Xidmətinin açıqlamasında deyilir:
Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.
Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.