Xəbər lenti

Azərbaycanın təbii qaz ixracı üzrə başlıca tərəfdaşları açıqlandı
Ekonomiks18:43 10.11.2021

Azərbaycanın təbii qaz ixracı üzrə başlıca tərəfdaşları açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın təbii qaz ixracı üzrə başlıca tərəfdaşları Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstan olub.
Trend bu barədə Mərkəzi Bankın pul siyasəti barədə hesabatına istinadən məlumat verir.
Hesabat dövründə Azərbaycanın təbii qaz ixracının 41 faizi Türkiyənin, 9,5 faizi Gürcüstanın payına düşüb.
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac ümumilikdə 38,3 faiz, qeyri-neft ixracı 41,1 faiz artıb.