Xəbər lenti

Azərbaycanın U-17 millisi Gürcüstanla bərabərə qaldı
İdman19:21 10.06.2025

Azərbaycanın U-17 millisi Gürcüstanla bərabərə qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.
Qaynarinfo xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyun 1:1 hesablı heç-heçə başa çatıb. Millimizin heyətində qolu 26-cı dəqiqədə Səttar Tahirzadə vurub.
Qeyd edək ki, yığma iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.