Xəbər lenti

Azərbaycanın U-21 millisi seçmə mərhələyə məğlubiyyətlə başladı
İdman19:41 02.09.2021

Azərbaycanın U-21 millisi seçmə mərhələyə məğlubiyyətlə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Qaynarinfo xəbər verir ki, Milan Obradoviçin başçılıq etdiyi kollektiv A qrupundakı ilk oyununda Xorvatiya yığmasının qonağı olub. "Velika Qoritsa" stadionunda keçirilən və ukraynalı FIFA referisi Denis Şurmanın idarə etdiyi qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xorvatiyalıların heyətində qolları 10-cu dəqiqədə Luka Suçiç, 24-cü dəqiqədə isə Roko Şimiç vurublar.
Qeyd edək ki, Azərbaycanın U-21 millisi A qrupunda ikinci görüşünü sentyabrın 7-də səfərdə Avstriyaya qarşı keçirəcək.