Avrokubokların II təsnifat mərhələsinin ilk iki günündən sonra UEFA reytinqi açıqlanıb.
Qaynarinfo xəbər verir ki, 26-cı sırada yer alan Azərbaycanın mövqeyi dəyişməsə də, xal hesabı artıb. İrlandiyada "Dandolk”la heç-heçə edən "Qarabağ” ölkənin aktivinə 0,125 xal gətirib. Bununla da cari mövsümün qazancı 1,000 xala çatıb. Bunun yarısı Ağdam klubu, yarısı "Neftçi”nin payına düşür.
Son 5 mövsümün nəticəsinə əsasən hesablanan reytinqimiz 16,375-ə bərabərdir. Azərbaycanın 25-ci olan Qazaxıstan və 27-ci yerdəki Polşa ilə fərqi eyni – 1,125 xaldır.