Xəbər lenti

Azərbaycanın xarici dövlət borcu nə qədərdir?
Ekonomiks13:51 10.03.2017

Azərbaycanın xarici dövlət borcu nə qədərdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin yanvarın 1-ə Azərbaycanın xarici dövlət borcu 6 mlrd. 913,2 mln. dollar (12 mlrd. 241,3 mln. manat) təşkil edib.

Maliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 20,4%-dir.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Qaynar.Az