Xəbər lenti

Azərbaycanla kredit danışıqları aparılmır - IMF
Ekonomiks11:12 31.12.2016

Azərbaycanla kredit danışıqları aparılmır - IMF

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq Valyuta Fondu (IMF) ilə Azərbaycan hökuməti arasında hər hansı kreditin ayrılmasına dair danışıqlar aparılmır. 

Bunu “Report”a açıqlamasında IMF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.

Qeyd edək ki, bu ilin dekabrında Azərbaycan hökuməti müxtəlif enerji layihələrini maliyyələşdirmək və iqtisadiyyatı şaxələndirmək üçün beynəlxalq maliyyə institutlarından ümumilikdə 2,5 mlrd. ABŞ dollarından çox vəsait cəlb edib. Həmin vəsaitin 1,5 mlrd. dolları Asiya İnkişaf Bankı (ADB), 400 mln. dolları Dünya Bankı Qrupu, 600 mln. dolları isə Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) payına düşür.

Qaynarinfo.Az