Xəbər lenti

Azərbaycanla oyunda lalə şəkli açan irlandlar cəzalandırıla bilər
İdman10:41 24.11.2016

Azərbaycanla oyunda lalə şəkli açan irlandlar cəzalandırıla bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

FİFA Şimali İrlandiya və Uels Futbol Federasiyalarını cəzalandıra bilər. 

Qaynarinfo.Az xəbər verir ki, ali futbol qurumundan verilən açıqlamada belə deyilir. 

Belə ki, Şimali İrlandiyanın Belfastda Azərbaycan millisinə 4:0 hesabı ilə qalib gəldiyi, Uelsin isə Kardifdə Serbiya ilə 1:1 oynadığı matçda açılan xaşxaş pankartlarına görə FİFA hər iki ölkədə araşdırmalara başlayıb.

Şimali İrlandiya Futbol Assosiasiyası isə rəsmi şəkildə bəyanat yayaraq FİFA-nın bu ittihamından qəti şəkildə müdafiə olunacağını bildirib.

Qeyd edək ki, xüsusən Böyük Britaniya və Şimali İrlandiya Krallığında hər il I Dünya Müharibəsinin başa çatması 11 noyabrda Anma Günü qeyd olunur. Həmin gün ölənlər üçün ucaldılmış abidə önünə lalələr düzüldüyündən, bu gün bəzən Poppi Dey (Lalələr, Xaşxaş Günü) kimi adlandırılır.

Qaynarinfo.Az