Xəbər lenti

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xidməti yaradılacaq
Ölkə19:26 19.12.2023

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xidməti yaradılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılması üçün lazımi işlərin tamamlanması ilə biz sadələşdirilmiş gömrük xidmətinə keçəcəyik”.
"Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, məqsəd işləri sürətləndirməkdir və bu iki ölkəyə töhfə verəcək:
"Bu məqsədlə gömrük xidmətlərinin sadələşdirilməsi önəmlidir. Bu istiqamətdə iki ölkə arasında işlər aparılır”.