Xəbər lenti

Azərbaycanlı aktyor Türkiyədə filmə çəkiləcək
Ölkə13:30 15.08.2016

Azərbaycanlı aktyor Türkiyədə filmə çəkiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı aktyor Kamran Ağabalayev Türkiyədə filmə çəkiləcək.

Qaynarinfo.Az APA-ya istinadən bildirir ki, aktyor "Atçalı Kel Mehmet" filmində əsas rollardan biri olan Kara Efenin obrazını canlandıracaq. Ekran əsəri Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkiləcək. Tarixi dram janrında lentə alınan filmdə tanınmış türk aktyorları Gökhan Keser, Şeyma Burcu Gül, Cemal Ünal, Mehmet Polad da yer alacaqlar.

Çəkilişlərə sentyabr ayında start veriləcək.    

Qeyd edək ki, Atçalı Kel Mehmet Efe XVIII əsrin məşhur türk qəhrəmanlarından biridir. 

Qaynarinfo.Az