
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova Cenevrə şəhərində keçirilmiş "EWASS 2014 : European Week of Astronomy and Space Science" beynəlxalq konfransının iştirakçısı olub. Konfransda o, “Planet formation processes in the young Solar-type stars” mövzusunda çıxış edib.
F. Əlimərdanova həmçinin ABS-ın “CIES” təhsil mərkəzinin keçirdiyi “Fulbright Visiting Scholar” proqramında "Modern methods of statistical data processing on photometry and spectroscopy in physics" layihəsi ilə qalib gəlib.
O, bu proqram çərçivəsində yaxın günlərdən başlayaraq, 2015-ci il mart ayının sonunadək The University of North Carolina at Greensboro universitetində akademik təcrübə keçəcək.
Qaynar.info