Foto 22:27 25.09.2022

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi oldu (FOTOLAR)

Atıcımız Ruslan Lunyov Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Lapua Avropa Kubokunun finalında qalib gəlib. Azərbaycanlı atıcı 25 metr məsafəyə standart tapançadan atəş üzrə qızıl, odlu silahdan atəş üzrə gümüş medal qazanıb. 

Qaynarinfo xəbər verir ki, Lapua Avropa Kuboku Avropa Atıcılıq Konfederasiyasına məxsusdur və Avropanın qeyd edilən növdə ən güclü atletlərinin yarışıdır. Kubok il ərzində keçirilən 4 təsnifat mərhələsindən ibarətdir. Ruslan Lunyov iyul ayında Estoniyanın paytaxtı Tallində keçirilən üçüncü təsnifat mərhələsində iki gümüş və bir qızıl medal qazanmışdır.