Azərbaycanın veteran sərbəst güləşçisi, beynəlxalq dərəcəli idman ustası Nağı Quliyev vəfat edib.
Güləş federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, 73 yaşında dünyasını dəyişən Quliyev 1995 - 1998-ci illərdə MOİK-in rəisi vəzifəsində çalışıb.
O, dəfələrlə SSRİ çempionatının mükafatçısı, müxtəlif beynəlxalq turnirlərin medalçısı və Avropa çempionu olub.