Xəbər lenti

Azərbaycanlı biznesmen Belarusun Şərəf ordeni ilə təltif edildi
Ekonomiks12:02 22.08.2020

Azərbaycanlı biznesmen Belarusun Şərəf ordeni ilə təltif edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarusun xarici işlər naziri Vladimir Makey Belarus prezidenti adından azərbaycanlı iş adamı və investor Vasif İsmayılovu Şərəf ordeni ilə təltif edib.
Qaynarinfo-nun Modern.az-a istinadən məlumatına görə, Vasif İsmayılovun şirkəti Minskdə və Mogilyovda çoxsaylı binalar inşa edib. Hazırda Bobruysk şəhərində iri obyektin, paytaxt Minskdə "Bakı məhəlləsi" yaşayış kompleksinin tikintisi ilə bağlı layihə hazırlanır .
Şirkət 2013-cü ildə Belarusun Azərbaycandakı səfirliyinin komplekslərini inşa edib. İş adamı xeyriyyə fəaliyyətlərində aktiv iştirak edir.
Vasif İsmayılovun Şərəf ordeni ilə təltif edilməsi haqqında qərar 21 noyabr 2019-cu ildə verilib, və bu gün nazir tərəfindən şəxsən təqdim edilib.