Xəbər lenti

Azərbaycanlı boksçu bürünc medal qazandı
İdman15:35 24.06.2015

Azərbaycanlı boksçu bürünc medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
I Avropa Oyunlarında boks yarışları davam edir.
Apasport.az saytının məlumatına görə,  yarımfinala qədər irəliləyərək, ən azı bürünc medalı özü üçün təmin edən Tayfur Əliyev (56 kq) final üçün son döyüşünü rusiyalı Bəxtovar Nazirova qarşı keçirib. Bura qədər iki rəqibini mübarizədən kənarlaşdıran həmyerlimizlə 3 döyüşdən qalib ayrılan Nazirovun görüşü gərgin alınıb. Lakin qarşılaşma daha təcrübəli rusiyalının xeyrinə başa çatıb – 2:1 (28:29; 29:28; 29:28).

Qaynar.info