
Xəbər verdiyimiz ki, azərbaycanlı deputatlar Türkiyəyə səfər ediblər. Onlar orada 4 ölkənin deputatları arasında turnirdə iştirak edəcəklər.
Qaynarinfo.az xəbər verir ki, artıq oyunların keçiriləcəyi Antalya şəhərində püşk atılıb. Türkiyə Ukrayna ilə, Azərbaycan isə Polşa ilə düşüb.
Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Böyük Millət Məclisinin deputatları Ukrayna Radasının üzvləri ilə qarşılaşacaq. Bundan saatyarım sonra isə Milli Məclisin deputatları ilə Polşa Seyminin millət vəkilləri üz-üzə gələcək. Oyunların TRT3 vasitəsilə canlı göstəriləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycanı Türkiyədə deputatlardan Fuad Muradov, Azər Badamov, Elman Nəsirov, Mahir Abbaszadə, Fazil Mustafa, Tahir Mirkişili, Kamran Nəbizadə, Kamran Bayramov, Zahid Oruc və Milli Məclis Aparatının əməkdaşları təmsil edəcəklər.
Qaynarinfo.az