
Dünya çempionumuz dünən ata olub.
Milli.Az xəbər verir ki, ATV telekanalının “Gün keçir” verilişində dünən bildirilib ki, Avropa və Dünya çempionumuz, yunan-Roma güləşçisi Rafiq Hüseynovun övladı dünyaya gəlib. Avqustun 8-də olmalı uşaq dünən dünyaya göz açıb.
Milli.Az-ın əməkdaşı Güləş Federasiyasının mətbuat katibi Mais Məmmədov ilə əlaqə saxlayaraq dəqiqləşdirməyə çalışdı. Mətbuat katibi bildirib ki, yaxın günlərdə uşağın doğulacağından xəbərləri varmış, amma doğulması xəbərini bizdən eşidib.
Qeyd edək ki, Yunan-Roma güləşçimiz hal-hazırda Azərbaycanda deyil, Budapeşdə yeniyetirmələrin turnirində iştirak edir. Üstəlik, bu gün idmançılarımızın döyüşü var.
Çempionumuzu təbrik edirik!
İdman24.az