Azərbaycanlı Beynəlxalq Etik Haker İlkin Cavadov Niderlandın mötəbər dövlət qurumu olan Kibertəhlükəsizlik Mərkəzinin (NCSC) saytında (government.nl) boşluq tapıb.
Qaynarinfo xəbər verir ki, iyunun 23-də onun boşluqlarla bağlı göndərdiyi report qəbul olunub və boşluqların aradan qaldırılacağı ilə bağlı cavab verilib.
Qeyd edək ki, İlkin Cavadov Azərbaycanın ilk Beynəlxalq Etik Hakeridir. Almaniya Silahlı Qüvvələrindən (Hall of Fame) VDPw Medalı və təşəkkür məktubu alıb, 18 Etik Hakerdən biri, həmçinin adı ”’Şərəf”’ lövhəsinə salınan ilk azərbaycanlıdır. O, dünyada çox nadir olan Böyük Britaniyanın Müdafiyə Nazirliyindən medal və təşəkkür məktubu almış yeganə azərbaycanlı Etik Hakerdir.