Güneyli tanınmış faal Həbib Sasanian İranın təhlükəsizlik qüvvələri tərəfindən şiddətə məruz qalıb.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, Ərdəbildə ETTELAAT tərəfindən bir neçə saat saxlanılan fəala ağır işgəncələr edilib. Polis qüvvələri Sasanianı ölümlə hədələyib, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, baş nahiyyəsini yaralayıblar.