Azərbaycanda 1 ton 300 kq çəkidə inək yetişdirilib.
Qaynarinfo xəbər verir ki, bu haqda kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli məlumat verib. Onun sözlərinə görə, həmin cins inəklər Azərbaycana Almaniyadan gətirilib:
"Bəs deyirsiniz bizdə alınmır? Budur, sadə azərbaycanlı balası Sübhan Dadaşovun təcrübəsini təqdim edirik.
Dəqiq rasionla bəsləmə hesabına simmental cinsindən 1 ton 300 kq çəki artımına nail olub. Baxmayaraq ki, almanlar bu cinsdə 1 ton 200 kq-dan artıq göstəriciyə çata bilməyiblər”.
Nicat Nəsirli qeyd edib ki, elmi baxımdan düzgün əsaslandırılmış yanaşmalar özünü heyvandarlıqda doğruldur.
Bahar Rüstəmli
<iframe src="https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2F326333138278173%2Fvideos%2F476870539868498%2F&show_text=0&width=560" width="560" height="315" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowtransparency="true" allowfullscreen="true">