
Mayın 14-15-də Rusiyanın paytaxtı Moskvada xeyriyyə turniri təşkil olunub.
Qaynarinfo.az xəbər verir ki, çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev həmin turnirin finalında baş hakimlik edib.
Onun saytımıza açıqlamasını təqdim edirik: "Turnir yerli komandalardan təşkil olunmuşdu. Kimsəsiz uşaqların müdafiəsi üçün xeyriyyə turniri idi. 6 komanda iştirak edirdi. Finalda "Torpedo" ve FK "Macik" oynadı. "Torpedo" 4:1 hesabı ilə qalib gəldi. Turnir Moskva şəhər Baş İdman İdarəsi ve "Era Futbola" təşkilatının birgə layihəsi idi. Çox yaxşı təşkil olunmuşdu. Orda təkcə çimərlik futbolu yox, eyni zamanda çimərlik voleybolu ve futvolley (ayaq voleybolu - red.) də var idi. İştirakçıların sayı 200 nəfərdən çox idi. Mən həm final oyununun baş hakimi kimi, həm də fəxri qonaq kimi dəvət olunmuşdum. Moskvada yaşayan ve bizə böyük qayğı və diqqət göstərən bütün həmyerli dostlarıma sizin vasitənizlə minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, Əfqan Həmzəyev daha bir qonşu ölkədən dəvət alıb. O, iyunun 2-5 tarixlərində Türkiyənin İstanbul şəhərində çimərlik futbolu üzrə "İstanbul Kap" turnirində iştirak edəcək. O həmin turnirə həm hakimlər qrupunun rəhbəri kimi, həm də baş hakim kimi dəvət olunub. Həmzəyev bu günlərdə isə Qazaxıstanda yerli hakimlərə seminar keçəcək.
Qaynarinfo.az




