
Mayın 14-15-də Rusiyanın paytaxtı Moskvada bu şəhərin idman idarəsi ve "Era Futbola" təşkilatının birgə dəstəyi ilə çimərlik futbolu üzrə xeyriyyə turniri təşkil olunacaq. Bu turnirə çimərlik futbolu üzrə FİFA referimiz Əfqan Həmzəyev də dəvət alıb.
Bu barədə Qaynarinfo.az-a Həmzəyevin özü xəbər verib:
"Həmin turnirə həm rəsmi qonaq, həm də final oyununun baş hakimi kimi dəvət almışam. İkinci səfərim isə Qazaxıstanın Alma-Ata şəhərinədir. May ayının 19-20-21 ve 22-də həmin şəhərin Kapşaqay bölgəsində çimərlik futbolu üzrə Qazaxıstan Kubokunun final mərhələsidir. Mən orda həm yerli hakimlərə seminar keçəcəm, həm də final oyunlarında onların işinə qiymət verəcəyəm. Bu mənim bu il sayca 6-cı xarici səfərim olacaq. Bundan qabaq mən Yaponiya və Tailandda beynəlxalq seminarlarda, eləcə də Fransa və Mərakeşdə çimərlik futbolu üzrə beynəlxalq turnirlərdə iştirak etmişəm".
Qaynarinfo.az