
Veteran futbolçu, bir zamanlar "Xəzri” (Buzovna) komandasının heyətindəki parlaq çıxışıyla diqqətləri üzərinə çəkən, ölkə çempionatlarında 73 dəfə rəqib qapılarına yol tapan Azər İsayev ağır itki ilə üzləşib.
İsayevin həyat yoldaşı Mətanət İsayeva yol qəzasında faciəli şəkildə dünyasını dəyişib. Hadisə mərhumun yaşadığı Buzovna qəsəbəsində baş verib.
Allah rəhmət eləsin!