Xəbər lenti

Azərbaycanlı futbolçu 4 ildən sonra Latviya klubuna qayıtdı
İdman15:48 06.03.2020

Azərbaycanlı futbolçu 4 ildən sonra Latviya klubuna qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Səbail" klubunun futbolçusu Orxan Qurbanlı karyerasını ölkə xaricində davam etdirəcək. 
Qaynarinfo paytaxt təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Latviyanın "Dauqavpils" klubuna keçib. 
Qurbanlı mövsümün sonuna kimi icarə əsasında bu komandanın formasını geyinəcək. 
Qeyd edək ki, Orxan Qurbanlı 2016-cı ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin formasını geyinib. Həmin vaxt "Neftçi" klubuna məxsus olan yarımmüdafiəçi icarə əsasında "Dauqavpils"də oynayıb.